Ceyhun Bayramov: Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı artıq 89-a çatıb
"Azərbaycanın İsraildə və Albaniyada səfirlikləri təsis edilib".
1news.az xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıq konfransda jurnalistlərə deyib.
Nazir bildirib ki, Azərbaycan ilk dəfə bəzi ölkələrdə səfirliklər açıb və həmin ölkərələrə səlahiyyətli səfirlər təyin edib.
"Bundan öncəki il qəbul edilən qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Bosniya və Herseqovinada, Vatikanda səfirləri təyin olunub. Bu il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı artıq 89-a çatıb”, - C.Bayramov deyib.
409