Avropa Yenidənqurma və İnkişaf Bankı ASCO-ya 100 milyon dollar ayıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı ASCO-ya 100 milyon dollar ayıracaq

Qafar Ağayev14:45 - 28 / 12 / 2022
Avropa Yenidənqurma və İnkişaf Bankı ASCO-ya 100 milyon dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) inkişafını maliyyələşdirməyə hazırdır.

1news.az xəbər verir ki, bu barədə jurnalistlərə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib.

Onun sözlərinə görə, ASCO-ya 100 milyon dollar kreditin ayrılması ilə bağlı artıq ilkin razılıq əldə olunub.

"Bizim QSC-yə sözügedən kreditləşmə dövlət zəmanəti olmadan həyata keçiriləcək. Lazım gələrsə, bu məbləğ artırıla bilər", - deyə R.Vəliyev qeyd edib.

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər