Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib

10:09 - 29 / 12 / 2022
Azərbaycan XİN başçısının müavini İsrailə səfər edib

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə səfər edib.

1news.az xəbər verir ki, xarici işlər nazirinin müavininin səfərinin mərkəzində Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi dayanır.

Fariz Rzayev İsrail mətbuatına açıqlamasında deyib ki, İsraildə rəsmi səfirliyin açılması qərarı iki ölkə və xalq arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir.

Onun sözlərinə görə, səfirliyin yaradılması siyasi diskursun dərinləşməsinə şərait yaradacaq və iqtisadiyyat, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq.

Rzayev bildirib ki, bu nadir və tarixi addımdır və belə bir qərarın qəbul olunduğu bir yerdə olmaqdan və səfirliyin açılması prosesində iştirak etməkdən xoşbəxtdir. "İki ölkə arasında müttəfiqlik möcüzədir, çünki o, təkcə ümumi maraqlara deyil, min ildən artıq bir yerdə yaşayan iki xalqın ortaq tarixinə əsaslanır”.

Nazir müavininin səfirliyin yaradılması üçün mümkün obyektləri gəzməklə yanaşı, Mossad-ın keçmiş rəhbəri Tamir Pardo ilə görüşü də nəzərdə tutulub.

Fariz Rzayev həmçinin Xarici İşlər Nazirliyində İsrail Beynəlxalq Yardım Agentliyinin (IAA) rəhbəri Einat Şalain və Xarici İşlər Nazirliyinin baş direktoru Alon Oşfiz ilə görüşəcək. Danışıqlarda o, İsraildə səfirliyin yaradılması ilə bağlı məsələləri, eləcə də digər siyasi və strateji aspektləri müzakirə edəcək.

Paylaş:
603

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər