Mikayıl Cabbarov Britaniya səfiri ilə görüşdü | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov Britaniya səfiri ilə görüşdü

1news Redaksiyası14:02 - 11 / 01 / 2023
Mikayıl Cabbarov Britaniya səfiri ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilir.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər