Prezidentin İsrailə səfir təyin etdiyi Muxtar Məmmədov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin İsrailə səfir təyin etdiyi Muxtar Məmmədov kimdir? - DOSYE

Qafar Ağayev15:19 - 11 / 01 / 2023
Prezidentin İsrailə səfir təyin etdiyi Muxtar Məmmədov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1news.az səfir təyin olunan Muxtar Məmmədovun dosyesini təqdim edir.

Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. 2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsini icra edib.

Paylaş:
2317

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər