Media Subyekti adını daşımaq istəyənlər Media Reyestrinə daxil olmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Media Subyekti adını daşımaq istəyənlər Media Reyestrinə daxil olmalıdır

Qafar Ağayev13:19 - 12 / 01 / 2023
Media Subyekti adını daşımaq istəyənlər Media Reyestrinə daxil olmalıdır

“Media subyektlərinin Media Reyestrinə daxil olmaq üçün kifayət qədər vaxtları var” .

1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

“Media subyekti adını daşımaq istəyən qurum Media Reyestrinə daxil olmalıdır. Biz reyestrə daxil olmaq istəyən media qurumları üçün istənilən köməyi etməyə hazırıq” .

Ə. İsmayılov əlavə edib ki, müəyyən edilən vaxta qədər reyestrə daxil edilməyən media subyekti ilə bağlı MEDİA-nın sanksiya qəbul etmək hüququ yoxdur.

"Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Həmin media qurumu ilə bağlı məhkəmə qərar qəbul edəcək” .

Paylaş:
372

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər