Azərbaycan və İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalanıb

Qafar Ağayev16:16 - 12 / 01 / 2023
Azərbaycan və İtaliya arasında hərbi təlimlərlə bağlı sənəd imzalanıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

1news.az xəbər verir ki, imzalanma mərasimi yanvarın 12-də nazirlərin görüşündən sonra keçirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Paylaş:
424

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər