Səfirimiz Niderland Senatının Müdafiə Komitəsinin sədri ilə görüşdü
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev ölkə Senatının Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə səfir Rəhman Mustafayev "Twitter" hesabında yazıb.
Səfir bildirib ki, görüş məhsuldar keçib.
“Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə geniş məzmunlu görüş baş tutub. Görüş zamanı Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət, Rusiyanın və Avropa İttifaqının regiondakı rolu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, sülh müqaviləsinin perspektivləri, Laçın yolu ətrafındakı vəziyyət barədə söhbət etdik”, o yazıb.
Had a very substantive meeting with Prof. @b_v_apeldoorn, Chairman of the Senate Committee on Foreign Affairs & Defence, briefed him on postconflict regional situation, role of 🇷🇺 & EU, the prospects of 🇦🇿🇦🇲normalisation and peace treaty, situation around Lachine road pic.twitter.com/u02rgBsIfN — Rahman Mustafayev (@rahman2609m) January 17, 2023