Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir”

12:07 - 18 / 01 / 2023
Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir”

“Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında yanvarın 15-də keçirilmiş görüşdə bu fikir bir daha təsdiq olunmuşdur. Yanvarın 16-da Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji ixracatı sahəsində perspektiv planlarına dair maraqlı açıqlamalar vermişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanın əsas iqtisadi inkişaf göstəricilərindən biri ölkəmizin özünün enerji təhlükəsizliyini bir neçə il bundan əvvəl təmin etməsi və bu gün xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini digər ölkələrə ixrac etməsidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Azərbaycan enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmaqla Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir.”

K.Qafarov “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmanın əhəmiyyətini qeyd edərək deyib:

“Artıq neçə müddətdir ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Yanvarın 15-də isə “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. Prezident İlham Əliyev bildirib ki, bu, hələlik qısamüddətli bir layihədir və növbəti, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bütövlükdə isə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişləri ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Təbii ki, bu məqsədləri həyata keçirmək, həmçinin yeni enerji ixracı üçün marşrutlar da tələb olunacaq. Bu baxımdan 2022-ci ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş xüsusi əhəmiyyət kəsb edir. Bu Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabelin çəkilməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanın enerji sahəsində planları kifayət qədər böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək üçün bütün imkanlara malikdir.”

Paylaş:
506

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər