Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb, 29 nəfər yaralanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb, 29 nəfər yaralanıb - YENİLƏNİB

13:12 - 18 / 01 / 2023
Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb, 29 nəfər yaralanıb - YENİLƏNİB

Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

1news.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

***
12:29

Ukraynanın Daxili İşlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

1news.az xəbər verir kii, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər