Zelenski helikopter qəzasında həlak olanlarla vida mərasimində | 1news.az | Xəbərlər
Dünya

Zelenski helikopter qəzasında həlak olanlarla vida mərasimində

15:54 - 21 / 01 / 2023
Zelenski helikopter qəzasında həlak olanlarla vida mərasimində

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində baş verən helikopter qəzasının qurbanları ilə vida mərasimi keçirilib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya da vida mərasiminə qatılıb.

Qeyd edək ki, qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.

Həmçinin, Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.

Paylaş:
498

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər