Sevinc Fətəliyeva: AP-nin qəbul etdiyi “qətnamə” beynəlxalq hüquqa ziddir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: AP-nin qəbul etdiyi “qətnamə” beynəlxalq hüquqa ziddir

10:18 - 22 / 01 / 2023
Sevinc Fətəliyeva: AP-nin qəbul etdiyi “qətnamə” beynəlxalq hüquqa ziddir

"Avropa Parlamentinin qəbul etdiyi son qətnamə təşkilatın ikili standartlardan çıxış etdiyini bir daha təsdiqləyir.

Bu təşkilat ilk dəfə deyil ki, Azərbaycana qarşı qərəzli sənəd qəbul edir. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş son qətnamədə də Laçın - Xankəndi yolu ətrafında baş verən hadisələr təhrif olunur". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, əslində həmin sənəd Avropa Parlamentinin prinsiplərinə ziddir. Çünki təşkilatın özünün qəbul etdiyi bir çox sənədlərdə, eləcə də fəaliyyət prinsiplərində beynəlxalq hüquq normaları əsasdır. Lakin bugünlərdə Laçın yolu ilə bağlı qəbul edilmiş qətnamədə isə beynəlxalq hüquq normaları ayaq altına atılır. Nəzərə almaq lazımdır ki, aksiyanın keçirildiyi yer Azərbaycanın suveren ərazisidir və dinc xarakter daşıyır. Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarından biridir və bu, Avropa institutlarının təşviq etdiyi əsas məsələlərdən biridir. Laçın yolunda da ekoloqlarımız, ictimai fəallarımız dinc etiraz aksiyası keçirirlər. Amma nədənsə Avropa parlamentariləri onların bu hüquqlarını görməzdən gəlirlər. Bu, o deməkdir ki, həmin təşkilat üçün heç bir dəyər artıq yoxdur. Yalnız, öz siyasi maraqlarını güdərək beynəlxalq hüququ pozurlar.

Millət vəkilinin sözlərinə görə, təşkilatın bir çox üzvləri siyasi korrupsiyaya qurşanıb. Bir müddət öncə Avropa Parlamentinin vitse-prezidentinin korrupsiya ittihamı ilə həbs olunması da bunu təsdiqləyir. Hansı ki, həmin şəxs də ermənipərəst mövqeyi ilə tanınırdı. Digər tərəfdən, Qarabağ Azərbaycanın suveren ərazisidir. Dövlətimiz üçün hansısa beynəlxalq təşkilatın suverenliyini şübhə altına alması qəbuledilməzdir.

Sevinc Fətəliyeva qeyd edib ki, Ermənistanın və Qarabağ separatçılarının humanitar böhran və blokada iddiası tamamilə yalandır. Bunu təsdiq edən kifayət qədər video faktlar var. Amma görünən odur ki, ermənipərəst dairələr hər vəchlə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Avropa Parlamentinin sənədi də bu yanlış məqsədə xidmət edir. Beynəlxalq hüquqa zidd olan bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və kağız parçasından başqa bir şey deyil. Azərbaycanın mövqeyi doğrudur və beynəlxalq hüquqa əsaslanır. Eləcə də, Azərbaycan güclü dövlətdir və heç kim onunla diqtə dilində danışa bilməz.

Paylaş:
242

Son xəbərlər

MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilibBu gün, 17:20Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaqBu gün, 16:59Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26
Bütün xəbərlər

Next TV