Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”

09:46 - 23 / 01 / 2023
Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”

“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin formalaşmasında və inkişafında “Bir kəmər, bir yol” layihəsinin xüsusi rolu var: “Hələ 2013-cü ildə Çin Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdi. Strategiyanın əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılması idi. Hələ o dövrdə Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun gedişində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin demişdi ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və Böyük İpək Yolunun bərpasında təbii tərəfdaşdır. Çin lideri “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də xüsusi qeyd etmişdi. Öz növbəsində Prezident İlham Əliyev CGTN-ə müsahibəsində xüsusi olaraq vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşularaq hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başlaması, artıq dövlətimizin məhz gələcəyə hesablanmış iqtisadi siyasətinin müdrikliyinin daha bir göstəricisidir. Azərbaycan bu təşəbbüsün ilk dəfə irəli sürüldüyü gündən keçən 10 il ərzində layihənin rellaşdırılması istiqamətində çox böyük işlər görüb. O cümlədən, Xəzər dənizində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Hazırda bu limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstərici 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün Bakıda gəmiqayırma zavodu inşa olunub. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Cənab Prezident öz müsahibəsində bir məqamı da xüsusi vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü həmçinin digər marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımaları fəallaşdırıb. İndi artıq Şimal-Qərb marşrutu üzərində işlər aparılır. Bu, uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər”.

K.Qafarov daha sonra deyib: “Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar”.

Paylaş:
528

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər