Xaricdən qrant alan “Mikroskop media”nın Azərbaycan QHT-lərinə QARAYAXMASI - Agentlik rəhbərindən ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Xaricdən qrant alan “Mikroskop media”nın Azərbaycan QHT-lərinə QARAYAXMASI - Agentlik rəhbərindən ŞƏRH

Qafar Ağayev11:09 - 23 / 01 / 2023
Xaricdən qrant alan “Mikroskop media”nın Azərbaycan QHT-lərinə QARAYAXMASI - Agentlik rəhbərindən ŞƏRH

Bu gün 43-cü gündür ki, Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altından Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir.

Azərbaycanlı fəallar və ekologiya üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tələbi Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Bundan əvvəl 3 və 7 dekabr 2020-ci ildə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin ermənilərin qanunsuz əməlləri və sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ermənilər 30 ilə yaxın işğal dövründə Azərbaycan torpaqlarında olan faydalı qazıntılardan qanunsuz olaraq istifadə edərkən heç bir reaksiya verməyən ölkələr, beynəlxalq təşkilatlar media qurumları azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin öz torpaqlarında keçirdiyi dinc aksiya nədənsə bir çox ölkəni, beynəlxalq təşkilatı narahat etməyə başlayıb.

Aksiyanın başlanıldığı gündən Azərbaycana qarşı təzyiqlər artdı. Bu müddətdə daha da fəallaşan ermənilərin yalan maşını bu aksiya ilə bağlı bütün dünyaya dezinformasiya yaymağa başladı. Belə ki, zamanla aksiyaçıların Laçın yolunu bağladığı qeyd olunurdu. Ancaq burada hansısa yol bağlamaqdan söz gedə bilməzdi.

Bununla yanaşı erməni yalanlarını yayımlayan media orqanları da heç də az deyil. Belə media orqanlarından biri də Mikroskop Mediadır. Hansı xarici təşkilatdan, hansı ölkədən qrand aldığı bəlli olmayan bu özünə media deyən qərəzli və dezinformasiya yaymaqdan heç də çəkinmir. Ermənilərin dezinformasiyalarından faydalanan “Mikroskop media” iddia edir ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekologiya ilə əlaqəsi olmayan QHT-lərdir.

1news.az bununla bağlı kiçik bir araşdırma edib. Araşdırma zamanı “Mikroskop media”nın nə qədər qərəzli və yalan informasiya yaydığını ortaya çıxıb.

Qısa axtarışdan sonra Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qarşımıza çıxır.

Müraciət edən QHT-lərin adlarını təqdim edirik:

SN

QHT-nin adı

QHT-nin rəhbəri

1.

"Ekoleks" Ekoliji Hüquq Mərkəzi ictimai birliyi

Sevil İsayeva

2.

“Ekoloji Maarifçilik və Monitorinq” ictimai birliyi

Qəmzə Yusubova

3.

Ekoloq-2010 Ekoloji Maarifləndirmə İctimai Birliyi

Balayev Səlim

4.

Ekoloji İnformasiya İctimai Birliyi

Muradlı Musa

5.

Səhiyyə və Sağlam Həyat ictimai birliyi

Könül Əlizadə

6.

Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi

Cəfərli Elman

7.

"Ana Kür " ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi

Rüstəm Məlikov

8.

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi

Mehtiyeva Rahilə

9.

"Səma və Eko" sosial-iqtisadi inkişafa yardım ictimai birliyi

İradə Həsənova

10.

“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi

Amin Məmmədov

11.

“EkoSfera” Sosial Ekoloji Mərkəz

Sultan-zadə Firuzə

12.

“Biosfer” İctimai Birliyi

İbrahimli Qorxmaz Əbülfəz oğlu

13.

"Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İB

Rübabə Hüseynli

14.

"Şəfəq" Ekoturizm ictimai birliyi

Vamiq Babayev

15.

"Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi

Elsevər Cəlilov

16.

"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi

Anar Xəlilov

17.

Sağlamlığa Xidmət ictimai birliyi

Elçin Muxtarlı

18.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi

Qəribova Nərminə

19.

Ekoloji Təmiz Məhsul İstehsalçıları Və İxracatçıları İctimai Birliyi

Emin Əliyev

Siyahıdan da göründüyü kimi akisyada iştirak edən QHT-lər sırf ekologiya ilə bağlıdır. Ancaq haradan qrant aldığı bəlli olmayan “Mikroskop media” erməni dezinformasiyalarından istifadə edərək yalanları yaymağa davam edir.

Səhifənin paylaşımlarına diqqət etdikdə görürük ki, izləyiciləri də səhifə idarəçilərinin erməni sevgisini sezib.

Həmin səhifə Qarabağdakı qondarma rejimlə bağlı yazanda nə qondarma sözündən və dırnaq işarəsindən də istifadə etmir, Ermənistanın belə tanımadığı bu qondarma rejimi “Mikroskop media” tanıyıb.

Anti-Azərbaycan mövqeyi ilə seçilən bu azərbaycandilli mediada bir dənə də olsa Azərbaycanın xeyrinə olan paylaşıma rast gəlmək olmur.

Yuxarıda qeyd etdiyimiz QHT-lər Azərbaycan Dövlətindən qanun çərçivəsində qrantların alır və aldıqları bu qrantlarla da önəmli layihələr həyata keçirir. Bununla bağlı da mütəmadi olaraq hesabatlarını verirlər.

Ancaq mənbəyi bəlli olmayan təşkilatlardan qrant almaqla Azərbaycan əleyhinə yalan və qərəzli yazılar yazan “Mikroskop media” öz çirkin əməllərindən çəkinmir.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək məqsədilə şərait yaradılması üçün 12 dekabr 2022-ci il tarixdən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eko-fəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayıblar.

Aygün Əliyeva

“Aksiyaçıların əsas tələbləri monitorinq üçün şəraitin yaradılması, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınması, ermənilər tərəfindən aparılan ekoloji terrorun sona çatdırılmasından ibarətdir. Qeyd olunduğu kimi aksiyanı vətəndaş cəmiyyəti nümayəndələri keçirir. Təəssüflə qeyd etməliyik ki, hər zaman olduğu kimi dövlətin milli maraqları naminə aparılan işlər bəzi üzdəniraq qüvvələri narahat edir”.

“Qeyd etdiyiniz sayt da milli maraqlar üçün vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini təqdir etmək əvəzinə qarayaxma ilə məşğuldur” – deyə, A.Əliyeva əlavə edib:

“Agentlik hər hansı bir aksiyanın keçirilməsindən asılı olmayaraq, il ərzində qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələri keçirir. Məsələn 2022-ci ildə 500-dən çox QHT maliyyəlşdirilib. Əvvəlki illərdə də bu belə olub, bundan sonra da davam edəcək.Bu bizim fəaliyyət istiqamətimizdir,Azərbaycanda dövlət qeydiyyatına alınan bütün QHT-lər qrant müsabiqələri çərçivəsində maliyyə yardımı ayrılması üçün Agentliyə müraciət edə bilər”

Paylaş:
688

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər