XİN: Erməni sakinlərin kompakt yaşadığı ərazilərdə qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir
Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir.
1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına dair şərhdə bildirilir.
“Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir”, - şərhdə vurğulanır.
375