Azərbaycan-Çexiya diplomatik münasibətlərinin ildönümü münasibətilə tədbir keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Çexiya diplomatik münasibətlərinin ildönümü münasibətilə tədbir keçirilib

14:57 - 26 / 01 / 2023
Azərbaycan-Çexiya diplomatik münasibətlərinin ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

XİN-dən 1news.az-a verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Çex Respublikasının Azərbaycan Respublikasındakı səfiri və Səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, Bakı Dövlət Universitetinin və Azərbaycan Slavyan Universitetinin rektorları və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Nazir müavini, yubiley münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsini məmnunluqla qeyd edib.

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm-təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran Fariz Rzayev, Azərbaycan və Çex Respublikası arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Çex Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Milan Sedlacek 30-cu ildönümü qeyd olunan Azərbaycan-Çex Respublikası ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Növbəti ay Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini xatırladan Çex diplomat, Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib. Azərbaycanın Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbrsizliklə gözlədikləri vurğulanıb.

Azərbaycan və Çex Respublikası arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat, xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Paylaş:
205

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV