Məzahir Əfəndiyev: “Səfirliyimizə silahlı hücum törədənlər dərhal məsuliyyətə cəlb olunmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: “Səfirliyimizə silahlı hücum törədənlər dərhal məsuliyyətə cəlb olunmalıdır”

Qafar Ağayev13:37 - 27 / 01 / 2023
Məzahir Əfəndiyev: “Səfirliyimizə silahlı hücum törədənlər dərhal məsuliyyətə cəlb olunmalıdır”

“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum törədənlər dərhal məsuliyyətə cəlb olunmalı, sifarişçilər həbs olunmalı, bu kimi vəhşiliklərə son qoyulmalıdır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclinin deputatı Məzahir Əfəndiyev deyib.

“18 aprel 1961-ci il tarixində qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən olunmuş müddəalara əsasən Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin üzərinə düşən öhdəlikdir. İnanıram ki, bu kimi vəhşiliyi və vandallığı törətmiş şəxslər, eləcə də onların himayədarları İran dövləti tərəfindən tezliklə rəsmən ifşa olunacaq, beynəlxalq hüquq və normalar çərçivəsində törədilmiş cinayət aktına münasibət bildiriləcək”.

“Hadisə nəticəsində dünyasını dəyişmiş diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərova Allahdan rəhmət diləyir, yaralananlara, eləcə də zərərçəkmişlərə tezliklə sağalmalarını arzu edirik” – deyə, deputat əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərov dünyasını dəyişib, yaralananlar var.

Paylaş:
659

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər