Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail səfiri ilə görüşüb

16:31 - 27 / 01 / 2023
Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail səfiri ilə görüşüb

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

1news.az xəbər verir ki, bu barədə İsrail diplomatı "Twitter"də bildirib.

O, bu gün Hikmət Hacıyevlə vacib görüş keçirdiyini qeyd edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim”, - səfir bildirib.

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər