Almaniya səfiri: “Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”
“Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik".
1news.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.
“Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”, - o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir.🥀
© VectorStock pic.twitter.com/UagP18Q5IF— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) January 27, 2023