Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

17:46 - 28 / 01 / 2023
Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

1news.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti "Twitter" hesabında bildirib.

"Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş ölümcül hücumu pisləyir və istənilən belə hücumu qəbuledilməz və narahatedici hesab edir. Biz Azərbaycan Prezidentinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk", Bolqarıstan Prezidenti bildirib.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər