Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib | 1news.az | Xəbərlər
Dünya

Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

13:09 - 02 / 02 / 2023
Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.

1news.az xəbər verir ki, bu barədə Maya Sandu "Twitter"də paylaşım edib.

“Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə göndərilməlidir”, - Moldova dövlət başçısı vurğulayıb.

APA

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər