Rumıniya Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlıq strateji prioritetə malikdir | 1news.az | Xəbərlər
Siyasət

Rumıniya Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlıq strateji prioritetə malikdir

11:36 - 03 / 02 / 2023
Rumıniya Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlıq strateji prioritetə malikdir

Avropanın enerji problemləri ilə bağlı suallara cavab həmrəylik, regional əməkdaşlıq, eyni zamanda, mənbə və marşrutların şaxələndirilməsini tələb edir ki, bunlar da Cənub Qaz Dəhlizi kimi layihələrdə öz əksini tapmış əsas prinsiplərdir.

1news.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“2022-ci ildə hamımız görünməmiş enerji problemləri ilə üzləşdik: qaz qıtlığı və ya münasib qiymətə qaz mənbələrinin olmaması, qiymətlərin dəyişməsi və s. Bu çağırışlar mürəkkəb siyasət və tənzimləyici dəyişikliklər tələb edirdi. Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunan qaz regionumuzun bir çox dövlətlərinin qaz bazarına stabillik və təhlükəsizlik təminatı gətirib.

Xəzər qazının Avropa bazarı üçün əlçatanlığı ilə bağlı Azərbaycanın, şəxsən Prezident İlham Əliyev tərəfindən verilən təminatlar bazarlar üçün kritik bir zamanda çox ehtiyac duyulan sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edib. Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bağlanması Cənub Qaz Dəhlizinin Aİ-nin mənbələrin şaxələndirilməsində mühüm element kimi rolunun daha da təqdir edilməsinə yol açıb", - Rumıniya Prezidenti çıxışında vurğulayıb.

Rumıniya Prezidenti qeyd edib ki, onun ölkəsi CQD-nin Mərkəzi və Cənub-Şərqi Avropada yeni bazarlara daxil ola bilməsi ilə bağlı səylərdə iştirak öhdəliyinə zəmanət verib. “Biz həm də artan daxili istehlakımızı ödəmək üçün Xəzər qazının əlavə həcmində maraqlı olaraq qalırıq”, - o əlavə edib.

Prezident vurğulayıb ki, Rumıniya qaz nəqli potensialının inkişafına, eyni zamanda, qonşu ölkələrlə əlaqəyə böyük sərmayələr qoyub. Təbii qazın dekarbonizasiya prosesinə keçiddə vacib əhəmiyyətini qeyd edən Rumıniya dövlət başçısı Avropa İttifaqı daxilində Rumıniyanın təbii qaz və nüvə enerjisinin karbonsuz iqtisadiyyata keçid prosesində əsas texnologiyalar kimi daxil edilməsi üçün fəal şəkildə kampaniya apardığını xatırladıb: “Rumıniya hazırda Avropada mühüm karbohidrogen istehsalçısıdır və bu rolu Qara dənizdə artıq kəşf edilmiş qaz ehtiyatları ilə inkişaf etdirmək niyyətindəyik. Bundan əlavə, 2026-2027-ci illərdə əhəmiyyətli əlavə həcmlər mövcud olacaq. Rumıniya Avropanın enerji təhlükəsizliyinə və dayanıqlığına daha çox töhfə verə biləcək”.

O deyib ki, ölkəsi həm enerji istehsalı üçün mövcud potensialından istifadə etməklə, həm də transsərhəd enerji nəqliyyatı infrastrukturu vasitəsilə regionda enerji əməkdaşlığını təşviq etmək öhdəliyinə sadiqdir: “Bu baxımdan mühüm nümunə Prezident İlham Əliyevin 2022-ci il dekabrın 17-də Buxarestə səfəri zamanı imzalanmış Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və təchizatı sahəsində Strateji Tərəfdaşlıq Sazişidir. Müqaviləyə əsasən, Qara dənizdə yaşıl elektrik enerjisi üçün sualtı kabeli inkişaf etdirəcəyik, Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyik. Avropa İttifaqı ilə onun üzvü olan dövlətlər, digər tərəfdən isə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji prioritetə malikdir və bazar məntiqi bunu tələb edir. İcazə verin, ölkəmin ümumi çağırışlara, xüsusən də ümumi enerji təhlükəsizliyimizə davamlı həll yollarını tapmaq istiqamətində regional əməkdaşlığa güclü və davamlı sadiqliyimizə sizi əmin edim”.

Paylaş:
423

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər