Milli Məclisin deputatı Pakistanda beynəlxalq konfransda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı Pakistanda beynəlxalq konfransda iştirak edəcək

Qafar Ağayev11:52 - 06 / 02 / 2023
Milli Məclisin deputatı Pakistanda beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı Arzu Nağıyev fevralın 7-də Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, millət vəkili “Birgə Daha Təhlükəsiz Gələcəyə - Yol Hərəkəti Təhlükəsizliyinin Təmini Üçün Fəaliyyət” mövzusuna həsr olunmuş parlamentarilərin 1-ci beynəlxalq konfransında iştirak edəcək.

Tədbirdə deputatımız müzakirə olunacaq məsələyə dair öz fikirlərini səsləndirəcək qeyd və təkliflərini verəcək.

Səfər fevralın 10-da başa çatacaq.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər