Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi - VİDEO

Qafar Ağayev15:38 - 07 / 02 / 2023
Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər