Səfir: “Azərbaycan beynəlxalq yardım çağırışlarını gözləmədən Türkiyəyə yardımlarını göndərdi”
“Qardaş Azərbaycan beynəlxalq yardım çağırışlarını gözləmədən xilasediciləri, yardımları Türkiyəyə göndərdi”.
1news.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.
“Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov zəlzədən sonra mənimlə əlaqə saxladı və xilasedici qüvvələri göndərməklə bağlı təlimat vediyini bildirdi. Cənab Prezident İlham Əliyev səfirlik binamıza gəlib bizə başsağlığı verdi. Zəlzələ baş verəndən 6 saat keçmədən Azərbaycan yardımları Türkiyə çatdı. Şimaldan cənuba, şərqdən qərbə bütün ərazilərində qəlbləri Türkiyə ilə döyünür. Azərbaycan xalqına təşəkkür edirəm".
454