“Türkiyədə zəlzələdə valideynlərini itirən uşaqlar xaricə göndərilməsi müzakirə olunmur”
"Türkiyənin zəlzələ bölgəsində valideynlərini itirən uşaqların ölkə xaricinə şəxslərə övladlığa verilməsi müzakirə edilmir".
1news.az xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
“Ölkəmizdə Ailə və Sosial Xidmətlər nazirliyi var. Nazirliyimiz öncəliklə uşaqların qorumasını təmin edir. Daha sonra qoruma altında olan uşaqları müəyyən etdiyi ailəyə qoruyucu ailə olaraq, ən sonda uyğun bilinərsə həmin ailələrə övladlığa verilir. Bu çərçivədə hazırda zəlzədə ailəsini itirmiş uşaqların ölkə xaricinə göndərilməsi və övladlığa verilməsi müzakirə məsələsi deyil”.
447