Olimpiya reytinqi: Azərbaycan cüdoçusu öz çəkisində zirvəyə yüksəlib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Olimpiya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib.
1news.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanmaqla nail olub.
O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrela qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda idmançının aktivində 2 250 xal var.
Qeyd edək ki, Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
809