Belarus Litva ilə sərhədə qoşun yığır | 1news.az | Xəbərlər
Dünya

Belarus Litva ilə sərhədə qoşun yığır

12:37 - 21 / 02 / 2023
Belarus Litva ilə sərhədə qoşun yığır

Belarus gecə saatlarından etibarən Litva ilə sərhədə hərbi texnika yığmağa başlayıb.

1news.az Report-a istinadən xəbər verir ki, sərhədə yığılan nəqliyyat vasitələrinin ümumi sayı 74 ədəddir.

Buraya 35 PDM, 21 Ural, 2 və ya 3 UAZ, 8 KamAz, 2 yanacaq daşıyan avtomobil və kran daxildir.

Qeyd olunub ki, 120-ci briqadanın 358-ci ayrı-ayrı mexanikləşdirilmiş batalyonun hərbçiləri Litvaya doğru irəliləyiblər.

Belarus Müdafiə Nazirliyindən bildirilib ki, texnika Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədi daşıyır.

Paylaş:
262

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər