“5 və ya 6 mərtəbədən yüksək binaların tikilməsinə qadağa qoyulmalıdır” - Naqif Həmzəyev
"Əvvəllər çox ciddi nəzarət olsa da təəssüflər olsun ki, hazırda Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar inşa edilir”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
“Düşünürəm ki, Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Gəncədə 1138-ci ildə güclü zəlzələ baş verib. Bütün bu məsələlər nəzərə alınaraü binaların 5 və maksimum 6 mərtəbədən yüksək tikilməsi qadağan edilməlidir”
593