Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri fəal inkişaf edir”
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb
1news.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri ilə Rusiya-Azərbaycan münasibətləri müzakirə olunub.
“Biz həm əvvəlki prosesləri, həm də 2023-cü il üçün planları müzakirə etdik. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunun məntiqi nəticəsi ötən il ölkə başçıları arasında imzalanmış müvafiq sənəddir”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, ötən il dövlət başçıları, eləcə də XİN səviyyəsində kifayət qədər fəal əlaqələr olub.
“Azərbaycan və Rusiya arasında ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara çatıb”.