“Azərsu” rəsmisi: “İçməli sudan təyinatı üzrə istifadə edilmir”
“Təəssüflə qetd etmək lazımdır ki, ölkəmizdə içməli sudan təyinatı üzrə istifadə edilmir” .
1news.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinqdə deyib.
“Bu gün ölkədə həm avtomobillərin, həm küçələrin yuyulması, yaşıllıqların sulanması və digər məqsədlər üçün içməli sulardan istifadə edilir. Bununla bağlı "Azərsu" ASC Su Komissiyasına təkliflər verib".
O əlavə edib ki, "Azərsu " ASC 2022-ci ildə əhalini su ilə necə təmin edibsə, 2023-cü ildə elə təmin edəcək.
346