NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib

Qafar Ağayev10:17 - 10 / 03 / 2023
NATO-nun nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər