Rəşad Məcid: “Kiber hücumlardan müdafiə ilə bağlı maarifləndirmə işlərinə ehtiyac var”
“Müvafiq dövlət qurumları ilə birlikdə onlayn media subyektinin məsul şəxslərinə informasiya təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi məsələsi gündəmdədir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasında Şuranın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid bildirib.
O qeyd edib ki, son zamalar onlayn media qurumlarının kiber təhlükəsizliyi ilə bağlı risklər artıb: “Kiber hücumlardan müdafiə ilə bağlı məlumatlanma, media resurslarının ələ keçirilməsi və onun silinməsinin qarşısını almaq üçün maarifləndirmə işlərinə ehtiyacın olduğunu düşünürük”.