Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirildi.
Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirildi.
Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparıldı.
331