“Azərsu”: Tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət nəzərdə tutulmur | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu”: Tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət nəzərdə tutulmur

Qafar Ağayev11:03 - 13 / 03 / 2023
“Azərsu”: Tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət nəzərdə tutulmur

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

1news.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”, - deyə məlumatda bildirilir.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər