Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

12:36 - 01 / 04 / 2023
Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub.

1news.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb: "Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu".

Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb: "3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir".

Paylaş:
1159

Son xəbərlər

Bütün xəbərlər