Bakıda yük avtomobili aşdı, xəsarət alan var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük avtomobili aşdı, xəsarət alan var - FOTO

Qafar Ağayev12:01 - 17 / 04 / 2023
Bakıda yük avtomobili aşdı, xəsarət alan var - FOTO

Bakı şəhər kənar dairəvi yolda yük avtomobili aşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər