Yaşlı qadın hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı | 1news.az | Xəbərlər
Dünya

Yaşlı qadın hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı

14:13 - 05 / 05 / 2023
Yaşlı qadın hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı

Rusiyada Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib.

"Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik", - deyə hadisə şahidi bildirib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.

Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.

Paylaş:
614

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər