III Çarlzın tacqoyma mərasimi başlayıb | 1news.az | Xəbərlər
Dünya

III Çarlzın tacqoyma mərasimi başlayıb

14:50 - 06 / 05 / 2023
III Çarlzın tacqoyma mərasimi başlayıb

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başlayıb.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometrdir.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

Paylaş:
703

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər