Türkiyədə prezident seçkiləri ikinci tura qaldı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə prezident seçkiləri ikinci tura qaldı

16:51 - 15 / 05 / 2023
Türkiyədə prezident seçkiləri ikinci tura qaldı
Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener məlumat verib.

"Namizədlərdən heç biri 50%-dən yuxarı səs toplaya bilmədiyi üçün yekun nəticələr 28 mayda baş tutacaq ikinci turda bəlli olacaq" - deyə, Ahmet Yener qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib.

Nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,50%, Kamal Kılıçdaroğlu 44,89%, Sinan Oğan 5,17% səs toplayıb.

Paylaş:
800

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər