Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

17:38 - 16 / 05 / 2023
Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.

Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər