Marqareta Sederfelt: ATƏT PA Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən yenidən qurma layihələri ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.
Bu barədə 1news.az-a XİN-dən bildirilib.
ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq ediyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.
316