Azərbaycan və Almaniya Müdafiə Nazirliklərinin nümayəndələrinin işçi görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Almaniya Müdafiə Nazirliklərinin nümayəndələrinin işçi görüşü keçirilib

Qafar Ağayev13:22 - 26 / 05 / 2023
Azərbaycan və Almaniya Müdafiə Nazirliklərinin nümayəndələrinin işçi görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında “Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.

Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin mətbu orqanlarında, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, "İctimai Televiziya və Radio Yayımları" Şirkətində və Bakı Media Mərkəzində olublar. Qonaqlara burada hərbi vətənpərvərlik sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Paylaş:
266

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV