Deputatdan təklif: Mopedlərə nəzarət güclənməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan təklif: Mopedlərə nəzarət güclənməlidir

Qafar Ağayev14:19 - 06 / 06 / 2023
Deputatdan təklif: Mopedlərə nəzarət güclənməlidir

Mopedlərə nəzarət güclənməlidir. Bu nəqliyyat vastəsini idarə edənlərin sürücülük vəsiqəsi alması nəzərdən keçirilə bilər.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

O, elektrikli skuterlərin avtomobil yollarında hərəkətinə nəzarətin gücləndirilməli olduğunu qeyd edib.

"Skuterləri idarə edənlər yolda hərəkət edərkən piyada və avtomobillərə dəyir, qəza şəraiti yaradır. Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qadağa qoyulub. Bu sahədə vəziyyəti nizama salmaq üçün elektrikli skuter və velosipedlər üçün ayrıca yol zolağının salınması zərurətə çevrilib", - deyə deputat qeyd edib.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər