DTA rəsmisi: Tahir Əmiraslanovla bağlı şəxsi-qərəzlik yoxdur, gənclərə yol açılır
“Dövlət Turizm Agentliyində kulinariua və qastronomiyaya münasibət şəxslər üzərindən deyil, daha geniş planda strateji yanaşma irəli sürülür”
1news.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
"Tahir Əmiraslanov Azərbaycan qastronomiyası ilə bağlı işlər görüb, 30 ildir WACS-da (Dünya Kulinariya Təşkilatları Birliyi) Azərbaycanı milli üzv kimi təmsil edir. Biz Dövlət Turizm Agentliyi olaraq Tahir müəllimə çox hörmətlə yanaşmışıq. Tahir Əmiraslanova qarşı şəxsi qərəz yoxdur” .
Milli Üzvlüyün yeni nəsil gənclərlə davam etdirmək istəyirik. Yolu gənclərə açmaq istəyirik. Bizdən hər zaman soruşurlar ki, Azərbaycanı 30 ildə qastronomiya ilə bağlı Tahir Əmiraslanovdan başqa təmsil edən kimsə yoxdur?
Burada Tahir Əmiraslanova qarşı qərəzli yanaşma yoxdur, dövlətçilik yanaşması var. Ölkədə bu gün kifayət qədər potensialı olan gənclər var. İşin şəxslər üzərində yox, ölkənin gələcəyi istiqamətində qurulması vacibdir. Tahir müəllimin də yazılarında qeyd etdiyi kimi gənclərin səhvləri var, nəyisə düz etmirlər, amma bu o demək deyil ki, gəncləri arxaya çəkib eyni nöqtədə qalmayılıq” .
Tahir Əmiraslanovun rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyası hazırda WACS-da milli üzvdür. Bu üzvülüyü dəyişməklə bağlı çalışırıq”.