Milli Məclisin deputatları Gürcüstanda səfərdədirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatları Gürcüstanda səfərdədirlər

Qafar Ağayev15:42 - 04 / 07 / 2023
Milli Məclisin deputatları Gürcüstanda səfərdədirlər

Milli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Rauf Əliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdədirlər.

1news.az xəbər verir ki, Deputatlar səfər çərçivəsində Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusilə gənc nəslin təmsil olunduğu ictimai qurumların Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə təşkil etdiyi bir sıra tədbirlərə qatılacaqlar.

Səfər iyulun 5-də başa çatacaq.

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər