TBMM sədri: “Azərbaycanın güclü olması Türkiyənin bölgəsində güclü olması deməkdir” | 1news.az | Xəbərlər
Siyasət

TBMM sədri: “Azərbaycanın güclü olması Türkiyənin bölgəsində güclü olması deməkdir”

Qafar Ağayev11:49 - 12 / 07 / 2023
TBMM sədri: “Azərbaycanın güclü olması Türkiyənin bölgəsində güclü olması deməkdir”

“Azərbaycan ilə Türkiyənin arasında bütün sahələrdə münasibət ən yüksək səviyyədədir” .

1news.az xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türk Şəhidliyi jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti “bir millət, üç dövlət” anlayışı ilə addımlayan yaxın ölkə. Türkiyənin Aralıq dənizinin Şərqində Şimali Kiprə verdiyi əhəmiyyət Cənubi Qafqazda da Azərbaycana verdiyi əhəmiyyət qədər önəmlidir. Ümid edirəm ki, Azərbaycan ziyarətimiz Türkiyə-Azərbaycan əlaqələrinə töhfə verəcək", - sədr əlavə edib.
Numan Kurtulmuş qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanın güclü olması Türkiyənin bölgəsində güclü olması deməkdir:
"Bunu Şimali Kipr Türk Cümhuriyyəti üçün də bunu deyə bilərik".

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər