İlham Əliyev Blikenə Laçın buraxılış məntəqəsində ermənilərin silahlı təxribatı və qaçaqmalçılığından danışdı | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Blikenə Laçın buraxılış məntəqəsində ermənilərin silahlı təxribatı və qaçaqmalçılığından danışdı

Qafar Ağayev11:51 - 13 / 07 / 2023
İlham Əliyev Blikenə Laçın buraxılış məntəqəsində ermənilərin silahlı təxribatı və qaçaqmalçılığından danışdı

Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

1news.az xəbər verir ki, Blinkenlə telefon danışğı zamanı dövlət başçısı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər