Hikmət Hacıyev: “France24” agentliyinin bu addımı təbliğatın iyrənc formasıdır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “France24” agentliyinin bu addımı təbliğatın iyrənc formasıdır

Qafar Ağayev12:55 - 19 / 08 / 2023
Hikmət Hacıyev: “France24” agentliyinin bu addımı təbliğatın iyrənc formasıdır

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

1nes.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib ki, "France24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, "France24" həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər