1news.az-ın əməkdaşı 2 piyadanın vurulduğu yoldan çəkiliş etdi - Keçid olub? - ŞƏRH - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın əməkdaşı 2 piyadanın vurulduğu yoldan çəkiliş etdi - Keçid olub? - ŞƏRH - FOTO - VİDEO

Qafar Ağayev16:35 - 01 / 09 / 2023
1news.az-ın əməkdaşı 2 piyadanın vurulduğu yoldan çəkiliş etdi - Keçid olub? - ŞƏRH - FOTO - VİDEO

Ötən gün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində avtomobilin piyadaları vurduğu anın görüntüləri yaymışdı.

Sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bəziləri piyadaların keçdiyi ərazidə piyada keçidinin olmaması bildirərək sürücünün günahsız olduğu fikirlərini irəli sürürdülər.

1news.az-ın əməkdaş deyilənləri aydınlaşdırmaq üçün hadisənin baş verdiyi əraziyə gedərək oradan çəkiliş edib. Aydın olub ki, piyadaların keçdiyi ərazidə piyada keçidi olub.

Oxucuları maraqlandıran digər məqam isə avtomobil tərəfindən vurulan qadın yaşayıb-yaşamaması idi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 29 avqust saat 19:05 radələrində baş verib.

“Hadisə nəticəsində 2 piyada ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Məsələ ilə bağlı danışan nəqliyyat məsələri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, baş verən hadisə çox üzücüdür, məncə bu məsələ bizi bir daha diqqətli olmağa sövq edir.

“Piyada vurulması, piyada ölümlərinin qarşını almaq üçün həm cərimələr, həm maarifləndirmə, həm də infrastruktur olaraq həllərə yenidən baxmağımızı yenidən baxmağımız gündəmə gətirir. İnsanlar yollarda, küçələrdə hərəkət edən zaman həyatlarını itirməməlidirlər.Sürətlə bağlı sərt nəzarət olunmalıdır. Cərimələr, nəzarət artırılıb. Amma bəzi həllər tətbiq olunmalıdır ki, sürücülər aşağı sürətlə hərəkət etsinlər. Piyada infrastrukturu təftiş olunub maneələr aradan qardırılmalıdır, səki davamlılığı yoxdursa, bu da piyadaların hərəkətini pozacaq və insanlar başqa yol axtaracaq. Avtomobil yolu necədirsə, səkilərdə şərait elə olmalıdır. Bu halda tamam fərqli bir səviyyəyə gəlib çıxa bilərik. Şəhər yollarında piyadaların olması normaldır. Sürücülər də bunu anlamalıdır ki, yol hərəkəti iştirakçılarının ən qorunmayan üzvləri piyadalardır. Avtomobillə hərəkət edərkən sürəti hərbir vəziyyətə uyğun nizamlamalısınız. “Vision zero” konsepsiyası, yəni ölüm hallarına sıfır dözümlülük siyasətində deyildiyi kimi “insan səhv edə bilər, əsas odur bu səhv ölümlə nəticələnməsin. Bu məsələyə birdaha diqqət ayırmalıyıq”.

FOTO+VİDEO: Nadir İbrahimli

Paylaş:
828

Son xəbərlər

AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56
Bütün xəbərlər